Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Fevralın 13-də Tbilisidə Avronest Parlament Assambleyasının (PA) sosial məsələlər komitəsinin növbəti iclası keçiriləcək. İclasda “Şərq Tərəfdaşlığı və Mərkəzi Avropa ölkələrində qeyri-formal əməkçılərin hüquqları” və “Şərq Tərəfdaşlığı ölkələrində vərəm xəstəliyinə qarşı mübarizədə parlamentarilərin rolu” məsələləri müzakirə olunacaq.
Etikxeber.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı, Avronest PA-nın sosial məsələlər komitəsinin həmsədri Məlahət İbrahimqızı söyləyib.
O, deyib ki, Milli Məclisin deputatları hər iki məsələ ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar, qəbul olunmuş dövlət proqramları barədə məlumat verəcək, təqdimatlarla çıxış edəcəklər. Azərbaycan həm qeyri-formal əməkçilərin hüquqlarının müdafiəsi, həm də vərəmə qarşı mübarizə sahəsində xeyli uğurlar qazanıb və bəzi ölkələrdən çox qabaqdadır.
Avronest PA-nın komitə iclasında Məlahət İbrahimqızı və deputat Sədaqət Vəliyeva məhz bu məsələləri diqqətə çatdıracaq, eləcə də regiondakı məsələlərə münasibət bildirəcəklər.
Xatırladaq ki, Avronest PA-nın fevralın 12-13-də Tbilisidə keçiriləcək komitə iclaslarında Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin rəhbəri Fuad Muradovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.
Etikxeber.az