Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ATƏT-in Daimi Şurasının iclasında Avropa İttifaqı Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qanunsuz “referendum” ilə əlaqədar bəyanatla çıxış edib.
Bu barədə Etikxeber.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bəyanatda deyilir:
“Avropa İttifaqı 20 fevral tarixində Dağlıq Qarabağda keçirilmiş “konstitusiya referendumu”nu tanımır. Avropa İttifaqı, həmçinin bu “referendum”un keçirildiyi hüquqi və konstitusion çərçivələri tanımır. “Referendum”un nəticələri Dağlıq Qarabağın statusuna və danışıqlar prosesinə heç bir halda təsir edə bilməz. Avropa İttifaqı münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə dəstəyini bir daha ifadə edir”.
Etikxeber.az





