Avropa İttifaqı ölkələrinin liderləri-UKRAYNADAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDƏCƏKLƏR

Avrora İttifaqı (Aİ) liderlərinin Parisdəki Versal sarayında keçiriləcək zirvə görüşündə 27 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

Etikxeber.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, görüşün əsas müzakirə mövzuları Avropanın enerji müstəqilliyi strategiyası və müdafiə məsələləri olacaq.

Ukraynadakı vəziyyət xüsusi müzakirə mövzusu olacaq.

Zirvə görüşünün keçiriləcəyi ərazidə yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb.

Şəhərin bu hissəsində 2 gün ərzində ictimai nəqliyyat işləməyəcək.

Asayişi 2 min nəfərədək polis oruyacaq.

Tədbiri işıqlandırmaq üçün 700-dən çox jurnalist akkreditasiya olunub.

Etikxeber.az

Read Previous

Daha 126 yeni yoluxma-DAHA 11 ÖLÜM…

Read Next

“Sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdamdakı mövqelərimizi atəşə tutub”-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir