“Avropa İttifaqı tərəflərə kömək etməyə hazırıdır”-KLAAR SƏRHƏDDƏ BAŞ VERƏNLƏRDƏN NARAHATLIQ İFADƏ ETDİ

Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlərdən narahatlığını ifadə edib.

Etikxeber.az məlumat verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar “Twitter”də bildirib.

O, qeyd edib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində dərin narahatlıq yaradan hadisələr davam edir.

Biz yeni itkilər qeydə alınmadan təmkinə, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv dialoqa çağırışımızı təkrarlayırıq. Avropa İttifaqı tərəflərə kömək etməyə hazırıdır”-deyə, Aİ rəsmisi sonra vurğulayıb.

Etikxeber.az

Read Previous

“Ermənistanda terrorçu və müharibə cinayətkarlarına abidələr ucaldılıb: Maraqlıdır ki, niyə bu abidələr deyil, məhz Holokost və Mahatma Qandinin Ermənistandakı abidələri vandallığa məruz qalıb?!”-XİN RƏSMİSİ

Read Next

Çingiz Hüseynzadə “Şərəf” ordeni ilə-TƏLTİF OLUNDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir