Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi-ZELENSKİ TƏŞƏKKÜR ETDİ – YENİLƏNİB

Avropa İttifaqı (Aİ) Şurası indicə Ukrayna və Moldovaya namizəd statusu verilməsinə qərar verdi. Tarixi bir andır. Bu gün sizin Aİ-yə doğru yolunuzda vacib gündür.

Etikxeber.az-ın xəbərinə görə, bunu Aİ Şurasının Prezidenti Şarl MişelTwitter“ hesabındakı paylaşımında bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski də öz növbəsində ölkəsinə namizəd statusu verilməsi münasibətilə Aİ liderlərinə təşəkkür edib.

Zelenski “Twitter“ hesabındakı paylaşımında qərarın Ukrayna üçün tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

“Aİ liderlərinin Aİ Şurasında Ukraynaya namizəd statusu vermək qərarını səmimi şəkildə təqdir edirəm. Bu, Ukrayna-Avropa İttifaqı əlaqələrində unikal və tarixi andır. Şarl Mişelə, Ursula fon der Lyayenə və Aİ liderlərinə dəstəyə görə minnətdaram. Ukraynanın gələcəyi Aİ daxilindədir”-deyə, Zelenski bildirib.

23:36

***

Aİ Şurası eyni zamanda, Gürcüstana namizəd statusu verməyib.

Aİ Şurasının Prezidenti Ş. Mişel qeyd edib ki, Şura Gürcüstana Avropa perspektivi tanınmasına qərar verib. Aİ Gürcüstana həllini gözləyən prioritet məsələləri yerinə yetirdikdən sonra namizəd statusu verməyə hazırdır.

“Gürcü xalqını təbrik edirəm. Aİ-Gürcüstan əlaqələrində tarixi bir andır. Gürcüstanın gələcəyi Aİ ilədir”– deyə, diplomat bildirib.

Etikxeber.az

Read Previous

“Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin…”-ƏLİYEV LAVROVLA GÖRÜŞDƏ BELƏ DEDİ – FOTO – YENİLƏNİB

Read Next

Azərbaycan-Özbəkistan münasibətləri: Əsl qardaşlıq və dostluq nümunəsi, strateji müttəfiqliyin yeni mərhələsi-ELDAR İBRAHİMOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir