“Avropa İttifaqına gedən yolda çox vacib bir addım atdıq…”-ZELENSKİ

Bu gün Ukrayna Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün xüsusi sorğunun cavablarının ikinci hissəsini təqdim edib.

Etikxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

“Bu gün biz Avropa İttifaqına gedən yolda çox vacib bir addım atdıq. Ukrayna hər bir ölkənin doldurmalı olduğu xüsusi sorğu anketinə cavabların ikinci hissəsini təqdim edib.

Bunun üçün adətən aylar sərf olunur. Amma biz hər şeyi bir neçə həftə ərzində etdik”– deyən Zelenski bu sənədin minlərlə səhifədən ibarət olduğunu vurğulayıb.

Eyni zamanda “Və bu gün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Avropaya inteqrasiyamız haqqında söhbətimiz oldu. Xanım Ursula qeyd etdi ki, rəsmilərimizin sürətinə heyran qalıb. Anketi doldurdu”– deyən Zelenski əlavə edib ki, Ukraynanın Aİ-yə namizəd statusu alması ilə bağlı iyunda müsbət cavab alacağını gözləyir.

Xatırladaq ki, fevralın 28-də Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün sənəd imzalayıb.

Martın 18-də Zelenski Avropa Komissiyasının prezidenti ilə söhbətindən sonra AK-nın üzvlük müraciəti ilə bağlı rəyinin bir neçə ay ərzində hazırlanacağını açıqlayıb.

Etikxeber.az

Read Previous

Heydər Əliyevin anadan olmasının-99-CÜ İLDÖNÜMÜDÜR

Read Next

Kəlbəcərdə Ordumuzun mövqeləri yenidən atəşə tutuldu-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir