“Avropa İttifaqından ayrılırıq, Avropadan yox” – MEY

Böyük Britaniyanın Baş naziri Teresa Mey mətbuat konfransında ölkəsində Avropa İttifaqı ilə razılaşma haqqında gərgin müzakirələrin başlayacağını söyləyib, eyni zamanda yeni bir razılaşmanın olmayacağını da bildirib.

Etikxeber.az-ın xarici mediaya istinadən xəbərinə görə, baş nazir ona ünvanlanan suallardan birini cavablandırarkən deyib:

“Brexit”ə görə bəzi insanların özünü pis hiss etməsini anlayıram, ancaq biz Avropa İttifaqından ayrılırıq, Avropadan yox”.

Baş nazir ikinci bir referendum tərəfdarı olmadığını və Cəbəllütariqin statusunun dəyişməyəcəyini söyləyib.

Etikxeber.az

Read Previous

Sel 25 nəfərin həyatına son qoydu…

Read Next

İranda güclü zəlzələ baş verdi: YARALILARIN SAYI 550 NƏFƏRƏ ÇATDI – FOTO – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir