Avropa Komissiyasının prezidenti növbəti müddət üçün namizədliyini irəli sürəcəkmi?

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker növbəti müddət üçün prezidentliyə namizədliyini irəli sürməyəcək. O, bu məlumatı “Deutschlandfunk” radiosuna müsahibəsində təsdiqləyib.

Etikxeber.az-ın məlumatına görə, prezident müsahibədə, həmçinin “Brexit” danışıqlarında Avropa İttifaqı ölkələrinin vahid mövqe nümayiş etdirəcəklərinə şübhə ilə yanaşdığını da deyib. O bildirib ki, daha çox Böyük Britaniyanın böyük əziyyət çəkmədən danışıqlarda digər 27 üzv dövlət arasında pərakəndəlik salacağından, hər bir dövlətə fərqli vədlər verəcəyindən ehtiyatlanır.

Yunker onu narahat edən məqamlar sırasında, eyni zamanda, Avropada hələ həyata keçirilməli işlər barədə vahid fikir və ümumi razılığın olmadığını qeyd edib: “Bəzi ölkələr daha çox Avropa tələb etdikləri halda, digər ölkələr daha çox Avropadan narahatdırlar”.

Lüksemburqlu siyasətçi bu vəzifənin icrasına 2014-cü ilin noyabr ayında başlayıb və səlahiyyət müddəti 2019-cu ilin sonunda bitir.

Etikxeber.az

Read Previous

Gəncədə mağazada baş verən yanğın nəticəsində bir nəfər ölüb

Read Next

Sabah qar yağacaq, duman olacaq, yollar buz bağlayacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir