Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
MSK sədrinin müavini: Hər bir seçicinin səsi azad ifadə olunmalıdır
Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində fevralın 27-də növbəti layihəyə – seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan üç günlük seminarlara start verilib.
Etikxeber.az-ın məlumatına görə, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə yönəlmiş tədbirdə MSK üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi və Komissiya Katibliyinin təmsilçiləri iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, Azərbaycan dövləti xalqın seçkilərdə iradəsini azad şəkildə ifadə etməsi üçün şərait yaradıb.MSK sədrinin müavini bildirib ki, hər bir seçicinin səsi azad ifadə olunmalıdır: “Bu prosesin həyata keçrilməsi üçün kifayət qədər imkanlar, o cümlədən qanunvericilik bazası var və dünya standartlarına cavab verir. Eyni zamanda, ölkədə seçki komissiyalarının maddi-texniki şəraiti var və dünya ölkələri ilə müqayisə etsək görərik ki, Azərbaycan ön sıralarda dayanır”.
***

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib ki. Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öhdəliyi həm də seçkilərin azad və şəffaf keçirilməsi ilə bağlıdır. Avropa Konvensiyasının 1 saylı Protokolunda qanunverici orqanın seçkilərlə bağlı bu öhdəliyi əksini tapıb. Ç. Əsgərov bildirib ki, bu səbəbdən Avropa Məhkəməsinə yalnız parlament seçkiləri ilə bağlı müraciət edilə bilər. Onun sözlərinə görə, bununla belə, Avropa Məhkəməsi seçkidə namizədliyi sərbəst irəli sürmək hüququnun təmin edilməsini zəruri sayır və bu barədə müraciətləri araşdıra bilər: “Ancaq Avropa Məhkəməsi namizədin seçkiləri udub-udmaması kimi müraciətlərə baxmır. Avropa Məhkəməsi etiraf edib ki, Azərbaycanın seçki sahəsində qanunvericiliyi demokratiyaya xidmət edir. Avropa Məhkəməsi Azərbaycanda seçkilərlə bağlı ciddi pozuntular aşkar etməyib. Burada söhbət ancaq texniki məqamlarla bağlı olub”.
Qeyd edək ki, seminarların keçirilməsində məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatların artırılması, praktiki vərdişlərin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir. Martın 1-dək davam edəcək seminarların ümumilikdə ölkə üzrə 125 dairə seçki komissiyasının bütün ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





