Avropa Məhkəməsinə seçilən hakimə də diplomatik pasport veriləcək

Parlamentin martın 5-də keçirilən plenar iclasında “Pasportlar haqqında” qanuna dəyişiklik edilməsi məsələsinə baxılıb.

Etikxeber.az-ın xəbərinə görə, layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Onun sözlərinə görə, dəyişiklik qanunun 6-cı (Diplomatik pasport) maddəsinə olunub.

“Yəni, dəyişikliyə əsasən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycandan seçilən hakimə də diplomatik pasport veriləcək”-deyə, komitə sədri əlavə edib.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

35 yaşı haradan götürmüsünüz? – VAHİD ƏHMƏDOV ETİRAZ ETDİ

Read Next

Əliyev ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədrini qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir