Avropa Seçkilərin Müşahidəsi Akademiyası müşahidə missiyası: “Müşahidəçilər səslərin sayılmasını tam izləyib və heç bir problem qeydə alınmayıb”

Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum beynəlxalq standartlara uyğun keçirildi.

Etikxeber.az xəbər verir ki, bu sözləri Avropa Seçkilərin Müşahidəsi Akademiyası (ASMA) müşahidə missiyasının rəhbəri, Malta parlamentinin spikeri Ancelo Farruca deyib. O, bildirib ki, bu referendum səsvermənin ədalətli və azad keçirilməsini təmin edən Azərbaycan qanunvericiliyinə əsasən təşkil edilib. Beynəlxalq müşahidəçilər səsvermə bülletenində təklif edilən 29 düzəlişin hər biri barədə ayrı-ayrılıqda seçicilərin fikrinin soruşulmasını müsbət qarşılayırlar. Bununla bütövlükdə təklif edilmiş islahatlar barədə bir qlobal rəyin formalaşmasının qarşısı alınıb. ASMA müşahidəçiləri referendum günü Bakıda və onun ətrafında təxminən 20 dairə üzrə müşahidə aparıblar. Referendum dinc keçib, səsvermə məntəqələrinə sərbəst və maneəsiz giriş olub. Yerli orqanlar və polisin seçki prosesinə müdaxiləsi müşahidə edilməyib. Seçicilərin qeydiyyatı ilə bağlı problemlər olmayıb. Səsvermə gizli keçirilib və bununla bağlı problem müşahidə edilməyib. Barmaqların mürəkkəblənməsi prosesi düzgün qaydada aparılıb”.

A. Farruca qeyd edib ki, ümumilikdə, səsvermə prosesi beynəlxalq standartlara müvafiq olaraq, təyinatlı heyət tərəfindən peşəkarcasına və mütəşəkkil aparılıb: “Səsvermə məntəqələrinin əksəriyyətində xeyli sayda yerli müşahidəçi iştirak edirdi ki, bu da vətəndaş cəmiyyətinin həqiqi öhdəliyinin göstəricisi idi. Səsvermə məntəqəsində səslərin sayılması açıq və şəffaf keçib. Müşahidəçilər səslərin sayılmasını tam izləyib və heç bir problem qeydə alınmayıb. Biz nəticələrlə bağlı rəsmi protokolların surətinin müşahidəçilərə paylanması faktını təqdirəlayiq hesab edirik. Hər seçki məntəqəsinin nəticəsi təyinatlı qutuda möhürlənərək dairə səviyyəsində mərkəzi qərargaha göndərildi”.

Missiya rəhbəri referendumun seçicilərin böyük əksəriyyəti tərəfindən dəstəkləndiyini deyib: “Azərbaycan xalqı güclü icra hakimiyyətinə bariz dəstəyini açıq-aydın ifadə edir. Bu, referendum günü beynəlxalq müşahidəçilərə müraciət edən seçicilər tərəfindən ifadə edilib”.

Etikxeber.az

Read Previous

Prezident referendumunun nəticələrindən məmnunluq ifadə etdi və dedi: “Bizə kimsə xaricdən nə isə diktə etmək istəyəndə iki dəfə fikirləşməlidir”

Read Next

Məmmədovlara məxsus “Qarant Sığorta” ləğv edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir