“Avropa Şurasında bayrağımız altında durdum və Hadiyə xitabən dedim…” – Sabah 9 noyabr Dövlət Bayrağı Günüdür

“Qürur və iftixar hissi ilə deyə bilərik ki, biz dünyanın ən uca bayrağının dalğalandığı məmləkətin vətəndaşlarıyıq. Biz bununla fəxr edə bilərik. Təkcə dövlət tədbirlərinə deyil, mötəbər idman yarışlarında da, humanitar, mədəni tədbirlərdə dövlət bayrağımız zirvələrə yüksəldilir, himnimiz səslənir. Avropa Şurasında 47 ölkənin bayrağı dalğalanır”.

Etikxeber.az-ın məlumatına görə, bunu millət vəkili Fəzail İbrahimli 9 noyabr Dövlət Bayrağı Günü ilə bağlı bildirib.

“Bir nüansı diqqətinizə çatdırım. Məhəmməd Hadi “Yox millətimin imzası imzalar içində” deyib fəryad edərək dünyasını dəyişdi. Mən bunu xatırlayaraq Avropa Şurasında bayrağımız altında durdum və qürur hissi ilə Hadiyə xitabən “ruhun şad olsun” dedim. Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa Şurasında dalğalanır və hər bir vətəndaşımız iftixarla deyə bilər ki, var millətimin imzası imzalar içində. Qoy bu iftixarımız əbədi olsun!”-deyən millət vəkili tarixə ekskurs edərək, xatırladıb ki,  Azərbaycan 70 ilə yaxın bir dövrdə SSRİ-nin tərkibində olsa da, xalqımız müəyyən bir yol keçdi. İmperiyanın çöküşü ərəfəsində vəziyyət dəyişdi. 1990-cı il noyabr ayının 17-də isə mərhum Heydər Əliyevin sədrliyi ilə  Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ilk dəfə olaraq salona gətirildi və Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan olundu.

Onun sözlərinə görə, 1991-ci ildə Ali Sovet “Dövlət bayrağı haqqında” Qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi.

“1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq bayrağın Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar çıxardı. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi. Heydər Əliyev 1998-ci il 13 mart tarixində “Azərbaycan Respbulikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncam imzaladı. Bu Sərəncam çox böyük əhəmiyyətə malik idi. Hər şeydən əvvəl, bu sərəncamın dövlət atributlarının təbliği baxımından əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə də Azərbaycan dövləti tərəfindən dövlət atributlarına yüksək hörmət və ehtiram göstərilməkdədir. Məlum olduğu kimi, 2004-cü ildə “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanun, həmçinin “Dövlət bayrağı haqqında Əsasnamə” qəbul olundu. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzaladı. Bu Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib…”-deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.

fazail-2

Etikxeber.az

Read Previous

Elmin İnkişafı Fondu “Web of Science” mükafatları -2016″nı təqdim edib

Read Next

Bayram günü hava yağmursuz olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir