Avropada ən uzun kanat yolu inşa ediləcək

Xorvatiyada Avropada ən uzun kanat yolunun inşa edilməsi planlaşdırılır.

Etikxeber.az xəbər verir ki, yol ölkənin şimal-qərbində, Adriatik dənizinin sahilində yerləşən Medveya kəndini Voyak dağının zirvəsi ilə birləşdirəcək.

Marşrut 8,5 dəqiqə çəkəcək və 4,7 km bərabər olacaq. Bu vaxt ərzində funikulyor 60 nəfərlik vaqonlarda 310 sərnişin apara biləcək. Yolun tikilməsində əsas məqsəd Xorvatiyanın şimal hissəsinin sahilini turistlər üçün daha cəlbedici etməkdir.

Tikintinin başlanması 2020-ci ildə planlaşdırılır və 12-15 ay sürəcək.

Etikxeber.az

Read Previous

Azərbaycanın inkişafı-inklüziv inkişaf – MEHDİ ABDULLAYEV YAZDI

Read Next

“Gerb də, bayraq da “Quran”la yanbayan dayanmalıdır” – TAHİR RZAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir