Avropada irqçilik, dözümsüzlük artır – FUAD ƏLƏSGƏROV

“Ermənistanın işğalına məruz qalan Azərbaycan ciddi miqrasiya problemi ilə üzləşib”.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Bakıda MDB dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclasının açılışında çıxış edən Prezident Administrasiyasının (PA) Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

F. Ələsgərov bildirib ki, işğal olunmuş ərazilərdə qanunsuz miqrasiya və narkotik dövriyyəsi həyata keçirilir: “Orta Şərqdə baş verən proseslər fonunda Avropada qaçqınlarla təhqiramiz davranılır. Avropa İttifaqında miqrasiya problemi ilə effektiv həll mexanizmi hələ tapılmayıb. Bir çox halda adi insan hüquqlarına əməl edilmir. Digər tərəfdən, miqrasiya böhranı fonunda Avropada irqçilik, dözümsüzlük artır. Miqrantların Azərbaycana da qanunsuz daxil olmaq cəhdləri var. Azərbaycan əlverişli geosiyasi məkanda yerləşir, sabit ölkədir, multikulturalizm hökm sürür”.

 Etikxeber.az

Read Previous

Tanınmış futbolçunun məhkəməsi təxirə salındı

Read Next

Bu günə olan valyuta məzənnələrini açıqlanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir