Avroparlament rəsmisi işğal olunmuş ərazilərə qanunsuz səfərləri pislədi

Avropa Parlamentinin (AP) müdafiə və təhlükəsizlik üzrə alt-komitəsinin sədri Anna Fotiqa tərəfindən Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqeriniyə Şərq Tərəfdaşlığı ölkələrində işğal olunmuş ərazilərə qanunsuz səfərlərlə bağlı müraciət ünvanlanıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın işğal olunmuş ərazilərinə rəsmi icazə almadan qanunsuz səfər edən Aİ vətəndaşlarının sayında son dövrlər artımın müşahidə olunduğu, bəzi hallarda hətta İttifaq ölkələrində yerləşən turizm agentlikləri tərəfindən təklif edilən bu qanunsuz səfərlərin beynəlxalq hüququ pozduğu, işğala haqq qazandırmaq məqsədi güddüyü və qurumun beynəlxalq nüfuzuna zərbə vurduğu qeyd olunub.

AVROPAR

Həmçinin, qanunsuz səfər edənlərin özlərinin də bir çox hallarda arzuedilməz şəxs elan edildiyi, həmçinin hər an hərbi qarşıdurmanın baş verə biləcəyi ərazilərə yollanan insanların həyatının təhlükə altına düşə biləcəyi vurğulanıb.

Sözügedən müraciətin sonunda qeyd olunan məqamları nəzərə alaraq, Avropa İttifaqı tərəfindən öz vətəndaşları ilə bağlı bu qəbildən olan qanunsuz səfərlərin qarşısının alınması istiqamətində hansı addımların atıldığı soruşulur, İttifaq tərəfindən qanunsuz səfərlərin doğurduğu hüquqi və təhlükəsizlik fəsadları ilə bağlı vətəndaşları əvvəlcədən məlumatlandıracaq onlayn xəbərdarlığın yayılmasına çağırış edilir.

Etikxeber.az

 

Read Previous

Prezident açılışlarda – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Dövlətimizin və xalqımızın etimadını doğruldacağınıza inanıram” – MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir