Avroparlamentarilər Şuşa şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdi

Avropa İttifaqı (Aİ) -Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyası mayın 8-də  Bakıda-Milli Məclisdə (MM) öz işini davam etdirib.

Etikxeber.az verir ki, iclasda iştirak edən birinci vitse-spiker Ziyafət Əsgərov tədbir iştirakçılarından Şuşa şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib.

susa

O, qeyd edib ki, 8 may Azərbaycanın xalqının tarixində ən ağır və ən qara günlərdəndir.

“Düz 26 il öncə Azərbaycanın Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub və bu işğal 26 ildir ki, davam edir. Ona görə də xahiş edirəm ki, Şuşada şəhid olmuş insanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək”.

Sonra tədbir iştirakçıları Şuşa şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Ermənistanın dağıdıcılıq mövqeyi üzündən münaqişə həll olunmamış qalır – SƏFİR – YENİLƏNİB

Read Next

“Ermənistanda terror dövlət siyasətidir”- deyən birinci vitse-spiker HİRSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir