Avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib – BNA-dan RƏSMİ AÇIQLAMA – FOTOLAR

Xətai rayonu İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib.

Oxu.Az xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev öz “Facebook” statusunda yazıb.

mais

mais-2

O, qeyd edib ki, bununla bağlı daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib.

Müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb.

Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib.

Dayanacağın ətrafı hasarlandığından sərnişinlərin məntəqəyə gəlişi təhlükəli hal alıb.

“Belə ki, bunun üçün sərnişinlər məcburi qaydada yolun hərəkət hissəsinə çıxırlar ki, bu da onların təhlükəsizliyi baxımından ciddi problemdir”-deyə, o, sonra yazıb.

Etikxeber.az

Read Previous

Kimlərinsə səfərindən imdad gözləyənlər, nəsə umanlar… – DEPUTAT

Read Next

3 polkovnik general oldu və…- SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir