Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Niyyətəli Manafov və Teymur Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Etikxeber.az-ın xəbərinə görə, prosesdə hökm oxunub.
Hökmə əsasən, N. Manafov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən T. Əliyevə isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.
Qeyd edək ki, hadisə ötən ilin yanvarında Abşeron rayonu ərazisində baş verib. Rayon sakini Sənan Hüseynova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Niyyətəli Manafov və Naftalan şəhər sakini Teymur Əliyev tutulublar.
Etikxeber.az