Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs həbs edildi

Bakı şəhər sakininə məxsus “VAZ-21074” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Astara rayon sakini saxlanılıb.

Etikxeber.az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, yanvarın 3-də Nərimanov rayonunun Daş karxanası yaşayış sahəsindən Bakı şəhər sakini Araz Hacıəliyevə məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb. Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 03 radələrində Ə.Əliyev küçəsində saxlanılaraq müvəqqəti duracağa yerləşdirilmiş, hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakini Şamo Əlizadə 17-ci PB-yə təhvil verilib.

Etikxeber.az

Read Previous

Bacısını döyüb öldürən qardaş həbs olundu

Read Next

Saxta sürücülük vəsiqəsi aşkar edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir