Avtomobil yollarındakı vəziyyətlə bağlı məlumat yayıldı – RƏSMİ

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ölkənin avtomobil yollarındakı vəziyyətlə bağlı məlumat yayıb.

Etikxeber.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə bildirib ki, “Azəravtoyol” ASC-nin Bakı şəhərində balansında olan küçə və prospektlərdə, eləcə də respublikanın avtomobil yollarında avtonəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmur:

“Gecə və səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərində, həmçinin respublikanın dağlıq ərazilərdən keçən avtomobil yollarında buzlaşma qeydə alınmışdı. Nəticədə nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaşanırdı. Lakin ərazilərə cəlb olunmuş maşın və mexanizmlər vasitəsilə yollara duz-qum qarışığı səpilərək rahat və maneəsiz hərəkət təmin olunub”.

A.Nəcəfli deyib ki, bəzi sürücülərin yollara nasaz avtomobillərlə çıxması, avtonəqliyyat vasitəsini mövsümə uyğun olmayan şinlərlə idarə etməsi nəticəsində sözügedən avtomobillərin hərəkətində problemlər yaradıb.

Etikxeber.az

Read Previous

27 yaşlı qızı qətlə yetirən şəxs həbs edildi

Read Next

Ermənistan status-kvonu saxlamağa çalışır – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir