Avtomobildən dəyəri 1 milyon rubl, çəkisi 430 qram olan qızıl-zinət əşyası aşkarlandı

Rusiyanın hüquq-mühafizə orqanları Yakutiyanın Nerünqri şəhəri ərazisində xüsusi əməliyyat həyata keçirib.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, əməliyyat çərçivəsində azərbaycanlıya məxsus “Mercedes Benz” markalı avtomobilə baxış keçirilib. Baxış zamanı avtomobildən dəyəri 1 mln. rubl, çəkisi isə 430 qram olan qızıl-zinət əşyası aşkarlanıb.
Yerli hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir ki, həmyerlimiz qiymətli daşı qanunsuz olaraq Şimali Qafqaz regionuna aparmaq niyyətində idi.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Lələtəpə zirvəsinə bayraq yürüşü təşkil olunacaq – FOTOLAR

Read Next

Leyla Əliyevanın təşəbbüsü ilə qanunsuz kəsilmiş ağacların yerinə 9 ağac əkilib – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir