Avtomobilin kabinəsindən psixotrop maddə aşkarlandı

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi yük avtomobili yoxlanılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, yoxlama zamanı avtomobilin kabinəsində üzərində “XANAX 0,5 mg ALPRAZOLAM ” sözləri yazılmış 100 konvalyut dərman preparatı aşkar edilib.

Xatırladaq ki, alprazolam adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir. Aşkar edilən 100 konvalyutda ümumi sayı 1000 ədəd olan həbdə alprazolamın təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Bakıda ilk dəfə İndoneziyanın mədəniyyət festivalı keçiriləcək

Read Next

“Neftçi İdman Klubu”nun kikboksçuları Avropa çempionatında dörd medal qazanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir