Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu ilin oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) elektron informasiya sistemində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1730 sığorta tələbi qeydiyyata alınıb. Bu tələblər üzrə 2,2 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Bürodan Etikxeber.az-a bildirilib ki, cari ilin oktyabr ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1246 manat təşkil edib.
Hesabat ayında 2015-ci ilin oktyabr ayı ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 50 faiz artım müşahidə olunub.
Etikxeber.az