Avtoxuliqanlıq edib “Tik-Tok”da payladı VƏ HƏBS OLUNDU-FOTOLAR

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücü saxlanılıb. 

Onun bu əməlləri vətəndaşların da haqlı narazılığına səbəb olub.

Bu barədə Etikxeber.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Xəbərə görə, şəhər sakini Cavidan Rəhimli idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə əsasən təhsil müəssisələrinin qarşısında intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.

Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Cavidan Rəhimli sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Etikxeber.az

Read Previous

İsmayıllı, Ağcabədi və Lerikdə ağacların kəsilməsinə görə-CİNAYƏT İŞİ BAŞLANILDI

Read Next

Daha 50 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir