Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi gəlir, ancaq təəəsüflər olsun ki, həmin əlamətdar tarixi hadisə ilə bağlı hələ ki, ciddi addımlar atılmayıb.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin 2017-ci il payız sessiyasının dekabrın 29-da keçirilən son plenar iclasında çıxışı zamanı deyib.
O, bildirib ki, AXC-nin 100 illiyi ilə əlaqədar ciddi bir film ortaya qoyula bilərdi, ancaq bu istiqamətdə heç nə yoxdur:
“AXÇ-nin 100 illiyinə çox az müddət qalır. Ancaq indiyə kimi, hətta, ölkə Prezidentinin bununla bağlı Sərəncamının olmasına baxmayaraq, hər hansı ciddi addım atılmayıb. Bununla bağlı ciddi bir film çəkilib, ortaya qoyula bilərdi, amma təəssüf ki, bu yöndə heç nə yoxdur. Hesab edirəm ki, bu düzgün deyil”.
Spiker Oqtay Əsədov isə millət vəkilinin iradları ilə razılaşmayıb və bildirib ki, bu məsələ ilə bağlı ölkə Prezidentinin sərəncamına müvafiq olaraq addımlar atılır, bundan sonra da atılacaq.
“Azərbaycan parlamentinin 100 illik yubileyi qeyd olunacaq”-deyən spiker əlavə edib ki, bununla bağlı MM-in tədbirlər proqramı hazırlanır.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az