“Axırıncı dəfə müharibədən, Şəhidliyindən iki gün öncə danışmışdıq…Demişdi ki, ana, iki günə qayıdıb gələcəyəm…Gəldi, amma tabutu gəldi…”-ŞƏHİD PƏRVİZ BALABƏYOVUN ANASI SƏBİRƏ BALABƏYOVA – FOTOLAR

Hacıqabulun ilk Şəhidi-Pərviz Tofiq oğlu Balabəyov…

***

Hacıqabulun İkinci Vətən Müharibəsində Qəhrəmanlıq Dastanı yazan Oğullarından biri də – həm də ilk Şəhidi – Balabəyov Pərviz Tofiq oğludur…

Hacıqabulda Şəhid ailələrini ziyarət zamanı Pərvizgildə də oldum…

Şəhidimizin anası Səbirə ana, bacısı Günel xanım, qardaşı Şahin bəy və dayısı Böyükağa kişi ilə görüşdüm…

Qeyd edim ki, Şəhidimizin atası illər öncə dünyasını dəyişib və anası Səbirə ana saçlarını süpürgə edərək, onları-3 övladını minbir əziyyətlə böyüdüb, boya-başa çatdırıb, Vətən üçün xeyirli övladlar yetişdirib…

Şəhidimiz 1987-ci ilin iyunun 14-də anadan olsa da, 33 yaşına çatsa da, ailə qurmayıb, fikri-zikri ancaq Vətən üçün çalışmaq, Şəhid olmaq olub…

“Mən Şəhid olacağam” kəlməsi dilindən düşməyib…

Vətən sevgisi onu Ordu ilə, hərblə bağlayıb, ömrünün son 5 ilini, Şəhadətinə kimi, MAXE olaraq, Vətənə xidmətdə keçirib…

Pərviz Aprel döyüşlərinin iştirakçılarından olub…

İkinci Vətən Müharibəsinin ilk dəqiqələrindən də Füzuli-Cəbrayıl uğrunda döyüşlərə atılıb, igidliklər, qəhrəmanlıqlar göstərib…Və döyüşlərin ilk günündə də-Cəbrayıl istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub…

Ailəsinə həmin gün axşam 10-nun yarısı radələrində Pərvizin Şəhid olduğu bildirilib, 28-nə keçən gecə, təxminən 00:30-da isə nəşi Hacıqabula gətirilib…Oktyabrın 28-də də rayon qəbiristanlığında torpağa tapşırılıb…

Nur üzlü, mələk simalı anası-Səbirə ananın dediklərindən:

“Oğlumdan yerlə-göy qədər razı idim…Kimsəni incitməzdi, çox gülərüz, mehriban idi, əlindən də gəlməyən iş yox idi…Hər şeyi bacarırdı, Quranı gözəl bilirdi, namaz qılırdı…Heç vaxt da özü ilə bağlı heç nə danışmazdı, soruşanda da “narahat olmayın, yaxşıyam, hər şey yaxşıdır”-deyərdi…Axırıncı dəfə müharibədən, Şəhidliyindən iki gün öncə danışmışdıq…Demişdi ki, ana, iki günə qayıdıb gələcəyəm…Gəldi, amma tabutu gəldi…(gözləri dolur)…Sanki Şəhidliyi ürəyinə damıbmış…Hər zaman “Mən şəhid volacağam”deyərdi və Vətən yolunda da Şəhid oldu balam…Balamla, bütün Şəhidlərimizlə fəxr edirəm, qürur duyuram…Hamısı mənim balalarımdır…”

Pərvizin də İgidliyi, Qəhrəmanlığı dəyərləndirilib, Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub…

Ailəsi deyir ki, Pərviz elə igidliklər göstərib ki, sözlə ifadəsi mümkün deyil, O, Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adını Haqq edir…

İnşallah, Haqq etdiyini də gec-tez alar!

Nur içində yatsın, məkanı cənnətlik olsun, Allah ailəsinə, Səbirə anaya səbrlər versin!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

16.04.2021, Hacıqabul

Etikxeber.az

Read Previous

Vətəni Vətən edən, Qarabağı Vətəninə qovuşduran Oğullardan biri-ŞƏHİD CƏMİL HƏŞİMLİ…-FOTOLAR

Read Next

UEFA və FİFA-dan Superliqa iştirakçılarına-XƏBƏRDARLIQ… – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir