Axtarışda olan 24 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 80 cinayət faktından 31-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 5 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər tutulub.

Etikxeber.az

Read Previous

Bağlanan 10 bankın əmanətçilərinə 721 milyon manat kompensasiya ödənildi

Read Next

“Borussiya Dortmund” dünyanın ən yaxşı dəstəklənən klubudur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir