“Ay camaat, bayrağı oyuncağa çevirməzlər…” – ARAZ ƏLİZADƏ HACI ƏBDÜLDƏN SİTAT GƏTİRDİ – YENİLƏNİB

Bizim bayrağımızı İran və Türkiyədə düz asmırdılar.

Etikxeber.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin (MM) payız sessiyasının ilk iclasında “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı millət vəkili Aqil Abbas bildirib.

Millət vəkili deyib ki, Milli Məclisdə bayraqla bağlı qanunun qəbulundan, İran və Türkiyəyə bayrağın düzgün asılmaması ilə bağlı etirazlardan sonra bu məsələ həllini tapıb: “Ancaq Azərbaycanda  hər Baş nazir bayrağı bir cür asmaq barədə qərar verir. Bu, düzgün deyil”.

Spiker Oqtay Əsədov qeyd edib ki, qanun qərardan irəlidir: “Mən Nazirlər Kabinetinin belə səhv qərarının da olduğunu eşitməmişəm”.

Millət vəkili Hikmət Babaoğlu qanun layihəsinin 9.5-ci maddəsində əksini tapan parça sözünün çıxarılmasını təklif edib. Millət vəkili qeyd edib ki, əgər söhbət dövlət bayrağından gedirsə, bu, qanun layihəsində əksini tapmalıdır.

Nazirlər Kabinetinin qərarına gəlincə,  H. Babaoğlu  bildirib ki, vaxtı ilə bu məsələni manipulyasyia üçün müxalifət gündəmə gətirib: “Əslində isə burada ciddi bir məsələ yoxdur, bayrağa haradan baxmaqla bağlı məqamdır”. 

MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Nazirlər Kabinetinin qərarının bayraq yuxarıdan aşağı asılarkən rənglərin düzümü ilə bağlı olduğunu xatırladıb.

“Ay camaat, bayrağı dəyişməzlər e. Bayrağı bir dəfə qəbul edərlər, onu oyuncağa çevirməzlər”.

bayraqqqq-888

***

Bunu isə  deputat Araz Əlizadə deyib. O, xatırladıb ki, 29 il bundan qabaq Hacı Əbdül parlamentdə çıxış edərək demişdi ki, bəlkə birinci yaşıl rəng olsun:

“İndi görünür, o məsələ yerini alır. Bayrağı dəyişməzlər. Əgər belə olsa, öz uşaqlarımızda milli ruhumuzu aşılaya bilməyəcəyik”.

MM-in komitə sədri Əli Hüseynli öz növbəsində bildirib ki, dövlət bayrağı anlayışı Konstitusiyada verilib:

“Biz bayraqdan xüsusi olaraq istifadə qaydaları ilə bağlı qanundan istifadə etmişik. Nazirlər Kabinetinin qərarı ilə qanun arasında ziddiyyət varsa, bunu həll edə bilərik. Amma əminəm ki, belə deyil. Biz hazırki layihəni sadəcə Konstitusiya qanuna uyğunlaşdırırıq”.

Qeyd edək ki, qanun layihəsində bayrağın rənglərinin dəyişdirilməsi ilə bağlı hər hansı müddəa yoxdur.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Arzulayırıq ki, əlillər barədə də cinayət işi açılmasın…” – QÜDRƏT HƏSƏNQULİYEV

Read Next

Uşaqların zərərli informasiyadan qorunması haqda qanunvericiliyin pozulmasına görə – CƏZALAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir