Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Haqqında bir neçə dəfə yazmışam, dəfələrlə sosial şəbəkə hesablarımda (feysbukda, vatsapda) paylaşımlar etmişəm…
Bundan sonra da edəcəyəm, HAQQInı alanacan, HAQQI tanınacan!
Tanımayanların bir daha nəzərinə: Bu Qəhrəman, İgid, Cəsur, Qorxmaz, Ləyaqətli, Vətən sevdalısı Oğul, keçmiş Xüsusi Təyinatlı, ömrünün 10 ilini hərbdə keçirmiş, Vətənin keşiyində KİŞİ kimi dayanmış Qəhrəman Goranboylu, bir övlad atası Tural Əliyevdir…
Aprel döyüşlərinin, 44 günlük tarixi İkinci Vətən Müharibəsinin və “Qisas” əməliyyatının iştirakçısı olub…
Hər üçündə də yaralanıb, ölümlərdən dönüb…
Hələ də səhhətində ciddi problemlər var…
Eyni zamanda, 2021-ci ildə iki dəfə erməni terrorçularının əsir götürülməsində yaxından və birbaşa iştirak edib, yenə həyatını risqə atmaqdan çəkinməyib…
2020-ci ildən əvvəl və sonra həm Ali Baş Komandan tərəfindən, həm də Müdafiə naziri tərəfindən üst-üstə 12 MEDALla təltif olunub…
Amma təəssüflər olsun ki, 4 dəfə adı ORDENə təqdim olunsa da, orden HAQQINI ala bilməyib…
44 günlük İkinci Vətən Müharibəsindən sonra “Azərbaycan Bayrağı”, 2021-ci ildə-iki dəfə erməni terrorçularının əsir götürülməsindən sonra 3-cü dərəcəli “Rəşadət” və “Azərbaycan Bayrağı” və “Qisas” əmiyyatından sonra yenə “Azərbaycan Bayrağı” ordeninə təqdim olunsa da, kimlərinsə, “gizli əllər”in qısqanclığı, paxıllığı…üzündən orden HAQQI tanınmayıb…
Qeyd etdiyim kimi, 3 dəfə ağır yaralanıb, amma hələ də əlillik dərəcəsi almayıb…
Evlə, mənzilə təmin olunmayıb…
Heç bir yerdə də işləmir…

Beynəlxalq Banka 6 minə yaxın borcu var və işləmədiyi üçün aylardır kreditini ödəyə bilmir…
Bu cür ZƏNGİN, VARLI MƏMLƏKƏT üçün 6 min nə puldur ki, Vətən sevdalısının krediti bağlanmır, bağışlanmır?
Çoxmu böyük puldur?
Azərbaycan üçün bu qədərmi dəhşətli puldur?
Və ya bu ölkədə pullu, varlı-karlı, pulunu baltakəsməz bir oğul yoxdurmu ki, Qazimizin bank borcunu ödəsin, bağlatdırsın?
Kabinet generalları, səngər görməyən general və polkovniklər… gündə bir orden aldığı halda, belə bir Oğula nəyə görə HAQQI olan orden rəva görülmür???
Mənzillə, evlə təmin olunması üçün mütləq və mütləq bir kağız parçası, əlillik dərəcəsimi lazımdır?
Bəs bu qədər təmənnasız xidmətlər, zəhmətlər, əziyyətlər nə olsun???…
Suallar, suallar…
Yəqin ki, bir gün cavabı olacaq və olmalıdır!
Qazimiz ORDEN, MƏNZİL, İŞ…Haqqını almalıdır, keçdiyi şərəfli ömür və hərb yoluna uyğun layiqli İŞLƏ təmin olunmalıdır, BANK BORCU bağlanmalıdır!!!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





