“Bu 5 dəqiqə ömrümüzdən nə alacaq ki?!”
Millət vəkili Zahid Orucla spiker Oqtay Əsədov növbəti dəfə “qarşı-qarşıya” gəlib.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, parlamentin növbəti plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili reqlamentlə çıxış üçün nəzərdə tutulan vaxtın 10 dəiqəqədən 5 dəqiqəyə endirilməsinə etirazını bildirib.
“Bu 5 dəqiqə ömrümüzdən nə alacaq ki?! Yaxşı olardı ki, 10 dəqiqə çıxış etmək istəyənin vaxtı kəsilməsin”- deyə, o, əlavə edib.
Bu isə spikerin təpkisinə səbəb olub.
“Ay Zahid, heç kimə “uçeniya” keçmə… 10 dəqiqəlik çıxış etmək istəyirsənsə, et…Heç kim sənə mane olmur”-deyə, bildirib.
Etikxeber.az