Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
44 günlük İkinci Vətən Müharibəsində qəhrəmanlıq Dastanı yazanlardan biri də kiçik çavuş Əhmədov Bəhrəm Şahin oğludur.
Etikxeber.az-ın xəbərinə görə, əslən Goranboyun Boluslu kəndindən olan Bəhrəm Əhmədov İkinci Vətən Müharibəsi başlayan ilk gündən döyüşlərdə qəhrəmanlıq göstərən igidlərimizdən, Qəhrəman Goranboyun mərd oğullarındandır.
Minaatan komandiri olan Qəhrəmanımız isə keçdiyi döyüş yolu haqqında bunları bildirir:
“Suqovuşan (Madagiz) istiqamətində kəşfiyat hücuma keçəndə, biz də onlarla birlikdə hərəkət etdik. Həmin döyüşlərdə hər iki ayağımdan və bədənimdən ağır yaralandım. Dərin qəlpə yaraları vardı. Xəstəxanaya apardılar məni, ancaq müalicəni yarımçıq dayandırıb, axsaya-axsaya qayıtdım cəbhəyə. Çünki, döyüş yoldaşlarım, dostlarım hər biri orada idi deyə, rahat ola, özümə sığışdıra bilməzdim. Vicdanım da buna yol verməzdi…”.
Qeyd edək, İgidimiz, Qazimiz hazırda da ön xətdə xidmətini davam etdirir.
Bəhrəm də daxil olmaqla, hələ də ön xətdə xidmətdə olan bütün İgidlərimizə, Qazilərimizə can sağlığı, sağ-salamat şəkildə tezliklə ailələrinə qovuşmalarını, evlərinə dönmələrini arzulayırıq.
Sizlərə borcluyuq, Sizlərə minnətdarıq, vətəni Vətən edən oğlullarımız, Bəhrəmlərimiz!
Eyni zamanda, İgidimiz haqqında saytımızı bilgiləndirdiyinə görə, əslən Goranboy Qızılhacılı qəsəbəsindən (kəndindən) olan gənc ziyalı-ictimai fəal Azad Həsənova minnətdarlığımızı bildiririk.
Xatırladaq ki, Azad Həsənovun atası-mərhum Qurban Həsənov da müharibə iştirakçılarından, Birinci Qarabağ Savaşının qəhrəmanlarından olub.




15:23, 17 dekabr
Etikxeber.az





