Ayaz Mütəllibovla vida mərasimi keçirildi-SABİQ PREZİDENT DƏFN OLUNDU – YENİLƏNİB – (4)

Azərbaycanın 1-ci prezidenti Ayaz Mütəllibov vəfat edib.

Etikxeber.az xəbər verir ki, bu barədə “ASAN Radio” məlumat yayıb.

Məlumat görə, sabiq dövlət başçısı 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ayaz Mütəllibov 12 may 1938-ci ildə Bakıda dünyaya gəlib. 

O, 1990 (yanvar)-1992-ci (mart) illərdə Azərbaycanın rəhbəri, birinci şəxsi olub.

22:58, 27 mart

***

Ayaz Mütəllibov Fəxri xiyabanda dəfn olunacaq.

Sabiq Prezidentlı vida mərasimi isə Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində keçiriləcək.

10:58

***

Ötən gecə dünyasını dəyişən eks-Prezident Ayaz Mütəllibovun dəfn mərasiminə hazırlıq prosesi başlayıb.

Bu barədə isə “Bizim.Media”ya Mütəllibovun köməkçisi Qulu Həsənoğlu məlumat verib.

Onun sözlərinə görə, sabiq dövlət başçısının nəşi Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə “Heydər” məscidinə aparılıb:

“Sağ olsun dövlətimiz, Ayaz müəllimin dəfn mərasimini boynuna götürüb. Cənazəni “Heydər” məscidinə apardıq. Bakı Şəhər İcra Hakimiyyətindən də nümayəndələr gəlmişdi”.

12:00

***

Ayaz Mütəllibovla Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib.

Vida mərasimində sabiq Prezidentin yaxınları, deputatlar Vahid Əhmədov, Tahir Kərimli, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan sabiq prezidentin köməkçisi Qulu Həsənoğlu deyib ki, bu gün Ayaz Mütəllibovun ailə üzvləri və yaxınları üçün ağır bir gündür:

“Azərbaycan ziyalısı, sülhpərvər bir insan bu gün tarixə qovuşdu. O, özü ilə bərabər böyük bir tarix apardı”.

Daha sonra deputat Vahid Əhmədov çıxış edib və sabiq prezidentlə bağlı xatirələrindən danışıb:

“Ayaz Mütəllibov Azərbaycanın siyasi-ictimai həyatında çox ciddi işlərə imza atıb. Hesab edirəm ki, onun o dövrdə Azərbaycan iqtisadiyyatının dirçəlməsində böyük xidmətləri olub. Ölkəmiz məhz onun dövründə BMT-yə üzv olub. Ayaz Mütəllibovun vida mərasimi dövlət səviyyəsində qeyd olunur. Mən bunun üçün dövlət başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm”.

Millət vəkili Tahir Kərimli isə bildirib ki, o, Azərbaycanın ilk prezidenti olmuşdu və bu, böyük bir hadisədir:

“Onun dövründə Çaykənd əməliyyatı keçirildi. Torpaqlarımızın böyük hissəsi erməni daşnaklarından təmizləndi. 1990-cı ildə mən İsmayıllıdan deputat seçilən zaman Ayaz Mütəllibovun demokratik baxışı olmasaydı, bəlkə də seçilməyimə icazə verilməzdi. Mən onun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Yeri cənnət olsun”.

Mərasimdə çıxış edən sabiq Prezidentin oğlu Zaur Mütəllibov özü və ailəsi adından Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyevaya göstərdikləri diqqətə görə təşəkkür edib.

Sabiq Prezidentin nəvəsi Tahir Mütəllibov isə jurnalistlərə açıqlamasında babasının vəfatı ilə bağlı fikirlərini bölüşüb:

“Çox görkəmli və hamını sevən bir insan idi. Bizim üçün çox böyük bir itkidir. Son dövrlərdə siyasət haqqında söhbətlərimiz olurdu. Sonuncu dəfə 1 ay bundan əvvəl danışmışdıq. Son vaxtlar vəziyyəti ağır idi, danışmaqda çətinlik çəkirdi.

14:19

***

Ayaz Mütəllibov l Fəxri Xiyabanda dəfn olunub.

Dəfn mərasimində mərhumun ailə üzvləri iştirak edib.

14:36

***

Prezident İlham Əliyev sabiq Prezident Ayaz Mütəllibovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

Nekroloqda deyilir:

Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Müdafiə naziri Ali Baş Komandanın Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığına yüksək qiymət verdiyini qeyd edib.

Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Nazir hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin daim təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Müdafiə naziri bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə real döyüş şəraitinə uyğun intensiv təlim və praktiki məşqlərin keçirilməsi, həmçinin hərbi hissələrin qarşısında duran döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olması barədə göstəriş verib.

General-polkovnik Zakir Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqinə şəxsi heyətin hər an hazır olması barədə komandir və rəis heyətinə tapşırıq verib.

Nazir yüksək dağlıq və sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin sağlamlığının gücləndirilməsi və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.

Etikxeber.az

Read Previous

İlham Əliyev Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin-AÇILIŞINDA – FOTOLAR

Read Next

İrpin rus hərbçilərindən tam təmizlənib-ŞƏHƏRİN MERİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir