Aybəniz Haşımova: “Axı, O, əsl sənətkar idi?! Axı, onun ürəyi zalımlardan deyildi?!”

“Heç vaxt unamazdım ki, Agaxan bəyin ölümü ilə bağlı yazı (status) yazaram…”

Etikxeber.az xəbər verir ki, bunu Əməkdar artist Aybəniz Haşımova öz “Facebook” statusunda qeyd edib.
O, qeyd edib ki, çünki gənc yaşlarında niyəsə ölüm haqqında heç düşünməyib.

“Elə bilirdim ki, yalnız ya xəstələnib, ya da ki, bir qəza keçirib ölə bilərsən… Ancaq çox təəssüf ki…Ölümün səbəbi yox, vaxtı var imiş…
Heyf deyəcəm, Allaha acıq gedəcək… Axı, O, əsl sənətkar idi?! Axı, onun ürəyi zalımlardan deyildi?!
Bir ürəkdən ki, əsl Sənət süzüləydi, o ürək necə dayanaydı naləylə, yanğıyla oxunan Fizuliyə, Nizamiyə?!
Axı, onu oxuyan Ağaxan Abdullayev idi?!

Bəxtəvər cənnətdəkilərin başına… Bülbül səsli avaz gəlir yanlarına!

Qoruyun Onu cənnətdəkilər!
O, bizim Ağa-Xanımızdır!”

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva Ağaxan Abdullayevlə vida mərasimində iştirak edib

Read Next

Əliyev Xanlarovaya “Heydər Əliyev” ordenini təqdim etdi – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir