Aybəniz Haşımova tələbələri ilə-DAHA BİR GÖZƏL SƏNƏT GECƏSİ YAŞATDI, NÖVBƏTİ HESABAT KONSERTİ DÜZƏNLƏDİ – FOTOLAR – YENİLƏNİB -(2)

Bu gün, 20 oktyabr 2023-cü il tarixində, axşam saatlarında yenidən gözəl bir sənət, yaradıcılıq gecə yaşanıb.

Öz bənzərsiz və təkrarolunmaz ifaları ilə daim qəbləri riqqətə gətirən tanınmış sənətkar, Əməkdar artist, Şəhid xanımı Aybəniz Haşımova yenidən sevənlərinə gözəl bir gün, gözəl bir sənət gecəsi yaşadıb.

Etikxeber.az xəbər verir ki, Aybəniz Haşımova rəhbəri və yaradıcısı olduğu Sənət Akademiyasının bir-birindən istedadlı tələbələri ilə-gənc, yeniyetmə ifaçılarla Rəşid Behbudov adına Mahnı Teatrında mərhum dövlət başçısı Heydər Əliyevin 100 illiyinə həsr olunmuş hesabat konserti təşkil edib.

Hesabat konsertində sənətçilər, tanınmış ziyalılar, siyasilər, media mənsubları, Şəhid ailələrinin təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Hesabat konsertində-sənət gecəsində Heydər Əliyevin və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Mərhum dövlət başçısının Azərbaycan naminə fədakarlıqlarından, xidmətlərindən, Azərbaycan mədəniyyəti və incəsənətinə verdiyi böyük dəyərdən bəhs olunub.

Eyni zamanda, Heydər Əliyevin hər iki hakimiyyət dövrünə-hakimiyyət illərinə həsr olunmuş kadrlar nümayiş etdirilib.

Sonra Sənət Akademiyasının istedadlı tələbələrinin ifasında bəstəkar və xalq mahnıları, o cümlədən xarici-əcənəbi mahnılar səsləndirilib.

Bir-birindən gözəl ifalar nümayiş etdirilib.

Hər bir ifa da gurultulu alqışlarla qarşılanıb.

Hesabat konsertində-sənət gecəsində zaman-zaman duyğulu, kövrək anlar da yaşanıb.

Aybəniz Haşımovanın və Sənət Akademiyasının istedadlı tələbələrinin ifaları hesabat konsertinə-sənət gecəsinə gələnləri duyğulandırıb.

İki saatdan çox davam edən hesabat konsertinin-sənət gecəsinin sonunda tanınmış sənətkar bir daha hər kəsə öz minnətdarlığını ifadə edib.

21:55

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun-AÇILIŞINDA – FOTO

Read Next

İkinci Vətən Müharibəsi Şəhidi, ailənin tək, subay və ali təhsilli oğlu-ALI HƏSƏNLİNİN BU GÜN ANIM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir