Tanınmış müğənni, gözəl ifaçı, istedadlı müəllim, Əməkdar artist Aybəniz Haşımova növbəti dəfə konsert proqramı ilə çıxış etməyə hazırlaşır.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə Əməkdar artistin özü məlumat verib.
Onun sözlərinə görə, konsert sabah, aprelin 29-da, saat 18.30-da İçərişəhərdə-açıq havada olacaq.
Konsert isə belə adlanır: Aybəniz Haşımova və onun Sənət Akademiyasının tələbələri
“İnanıram ki, bu konsertimiz də uğurlu alınacaq”-deyə, o, qısaca olaraq, sözlərinə əlavə edib.
Qeyd edək ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək.
Etikxeber.az