Aybəniz Haşımova və “Sənət Akademiyası”nın gənc istedadları “Zəfər” musiqi və teatr festivalı çərçivəsində-KONSERT PROQRAMI İLƏ ÇIXIŞ ETDİLƏR – FOTOLAR

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı  çərçivəsində  Əməkdar artist Aybəniz Haşımova və “Sənət Akademiyası”nın gənc istedadları Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə fəaliyyət göstərən Cəbrayıl rayonu Çərəkən kənd klubunda rəngarəng konsert proqramı ilə çıxış ediblər.

Etikxeber.az Azadmediatv.com-a istinadən xəbər verir ki, çıxış edənlər  arasında xüsusi istedad sahibi gənclər və yeniyetmələrdən-Milana Nəbiyeva, Həsən Əliyev, Müzəffər Fərzəliyev, Hikmət Qasımov, Əhməd Məmmədov, Rişad Heydərov, Xədicə Rəşidli, Arzu Əliyeva, Nərmin Nərimanlı, Miryasin Əliyev, İnci Mənsimzadə, Hüseyn Mənsimov, İsmayılzadə Solmaz, Nihad Yusifzadə, Nəsirli David, Nəsirli Denis, Nəsirli Daniel, Emin Nəsibli, Hüseynov Raul, Həsənzadə İbrahim, Həsənzadə İsmayıl, Əzizov İlkin, Həsən Həsimov, Hüseyn Həşimov və İsa Həşimov səhnədə alqışlarla qarşılanıblar.

Нет описания.
Qeyd edək ki, 8 noyabr – Zəfər Günü münasibətilə cari ilin 22 oktyabr – 8 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalına start verilib.

“Zəfər” festivalı Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarının bir sıra mədəniyyət ocaqlarında tarixi qələbəmizə həsr olunmuş silsilə tədbirlərlə davam edəcək.

Xatırladaq ki, Festival çərçivəsində bədii kollektivlərin və solistlərin iştirakı ilə rəngarəng proqramlar, bəstəkarlarımızın tarixi zəfərimizə həsr etdiyi simfonik əsərlərdən və vokal-xor nömrələrindən ibarət konsert, vətən müharibəsindəki şanlı qələbəmizə həsr olunmuş tamaşalar, muğam axşamı və digər mədəni tədbirlərin təşkili nəzərdə tutulub.

Sözügedən tədbirlərə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilərinin, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında və Azərbaycan Dövlət Kukla Teatrında keçiriləcək tamaşalara isə şəhid və qazi övladlarının tamaşaçı qismində dəvət ediliblər.

Etikxeber.az

Read Previous

Cəmi bir neçə ayın içində üç övladından ikisini itirmiş Göyçaylı Şəhid ailəsini-ŞƏHİD QÜDRƏT ƏZİZOVUN AİLƏSİNİ ZİYARƏT… – FOTOLAR

Read Next

İkinci Vətən Müharibəsi Şəhidləri-Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev və qardaşı ilə atası Qazi, özü isə Şəhid olan Elməddin Yusifovun-BU GÜN ANIM GÜNÜDÜR, HƏR İKİ ŞƏHİDİN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 3 İL ÖTÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir