Aybəniz Haşımova tələbələri ilə “Biri sənsən, biri mən” – DEYƏCƏK – BU AXŞAM

Bu gün tanınmış və sevilən ifaçı, Əməkdar artitst Aybəniz Haşımova növbəti sənət uğuruna imza atacaq.

Tanınmış sənətçi  rəhbəri olduğu Sənət Akademiyasının tələbələri ilə birlikdə solo  konsert verəcək.

Etikxeber.az-ın xəbərinə görə,  aylardır  üzərində  gərgin hazırlıq işləri gedən “Biri sənsən, biri mən” adlı solo konsert  bu gün saat 19.30-da “Azdrama”da baş tutacaq.

Konsert proqramı xalq və bəstəkar mahınları ilə zəngin olacaq.

Konsert haqqında isə sevilən sənətçi qısaca olaraq bunları qeyd edib:

“Akademik Milli Dram Teatrında baş tutacaq konsertimizə tam hazırıq.

Konserti-axşamı səbrsizliklə gözləyirəm”.

Qeyd edək ki, konsertdə tamaşaçılarla yanaşı, tanınmış sənətçilər də iştirak edəcək.

Aybəniz xanıma və tələbələrinə uğurlar!

Etikxeber.az

Read Previous

“11-lər”in “12-lər”i: KİMLƏRİN YENƏ ŞANSI GƏTİRƏCƏK, KİMLƏR KƏNARDA QALACAQ?

Read Next

Birinci vitse-prezidentin təşəbbüsü ilə ölkədə 650 min ağac əkiləcək – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir