Aydın Mirzəzadə 3-4 iyul olaylarından yazdı…

Son iki gündə elektrik enerjisinin kəsilməsi ilə bağlı məsələlər hələ də cəmiyyətin ciddi müzakirələr mövzusudur.

Yəqin ki, Mingəçevirdəki yarımstansiyadakı yanğından irəli gələrək baş verənlər sonradan da 3-4 iyul 2018-ci ildə Azərbaycanda enerji sisteminin çökməsi hadisəsi kimi dəfələrlə istinad tarixi olacaq.

İki günün gedişatı Azərbaycanda üç faktorun sınağı hesab etmək olar :

Dövlətin

Cəmiyyətin

Hər bir kəsin.

Müşahidə göstərir ki, hər üçü faktor bu ağır və gözlənilməz sınaqdan uğurla çıxdı.

Heç bir dövlət texnogen hadisələrdən sığortalanmayıb və Azərbaycan da istisna deyil. Ancaq dövlətin gücü həmin hadisəyə hazırlığı və onun fəsadlarını tez və səmərəli halda aradan qaldıra bilməsindədir.

İndiyə qədər dövlətimizin güclənməsi istiqamətində görülən işlər bu hadisələrdə özünü göstərə bildi. Azərbaycanın dövlət strukturları enerji kəsiminə dərhal reaksiya verdilər.

Yarımstansiyadakı mürəkkəb yanğın tez söndürüldü və bərpa işlərinə başlanıldı. Elektrik enerjisinin bərpası üçün işlər görüldü və mərhələ-mərhələ bütün ölkədə işıq bərpa edildi.

Bütün bu işlər xaricdən kömək olmadan, öz daxili gücümüz hesabına həll edildi.

Dövlət orqanları hadisə və onun aradan qaldırılması barədə cəmiyyətə mütəmadi məlumat verirdilər və cəmiyyət çaşqın qalmadı.

Metropolitendə elektrik enerjisi kəsildikdə Bakı Nəqliyyat Agentliyinin avtobusları insanları ödənişsiz daşımağa başladılar.

isiq-azeuro-1

aydinnn

Həmçinin, səhiyyə və yanğından mühafizə sistemləri də istənilən fövqalədə vəziyyətə hazır idilər.

Polis orqanları həmin situasiyada ictimai asayişi yüksək səviyyədə qorudular. Yol polisi yol hərəkətinin qəzasız təşklinə nail oldular.

3-4 iyul hadisələrinə cəmiyyətimiz yüksək hazırlığını ortaya qoydu.

Sosial şəbəkələrdə panika yox idi, onu yaratmaq istəyənlərə qarşı isə çox sərt mövqe nümayiş etdirildi. İnsanlar öz dövlətinə, hakimiyyətə inamlarını göstərdilər.

Onlar dövlətinin sınaqdan çıxacağına inanırdılar, hətta öz köməklərini də təklif edirdilər.

Bu ağır sınaqdan hər kəs də üzüağ çıxdı. İnsanlar bir-biri ilə məlumatla bölüşürdülər, bir-birinə dəstək olurdular.

Metropolitendə dünən elektrik enerjisi kəsiləndə insanlar metro stansiya çıxışların toplaşaraq, o çıxanlara pulsuz su təklif edirdilər, dəstək olurdular…

Biz sınaqdan çıxa bildik.

Müstəqillik qazandıqdan sonrakı ciddi hazırlığımız bu gün güclü və qətiyyətli, hər bir hadisəyə hazır olduğumuzu göstərdi.

Aydın MİRZƏZADƏ,

Millət vəkili

Etikxeber.az

Read Previous

YAP-dan daha bir “Qəza və birlik” açıqlaması-mövqeyi…

Read Next

“Bəzi xəstəxanalarda generatorlar işləməyib…” – İLHAM ƏLİYEDƏN İRAD – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir