Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 5 dekabr 2017-ci il tarixində Mikayıl Cabbarovun respublikanın vergilər naziri təyin edilməsini cəmiyyət müsbət qarşıladı.

Yeni nazir ölkəmizdə tanınmış şəxsdir və müsbət imicə malikdir.
O, çalışdığı bütün sahələrdə həmişə müsbət nəticələr əldə edə bilibdir. Onun təhsil nazirliyində çalışdığı dövr təhsilə yeni ab-havanın gəldiyi dövr kimi tarixdə qalacaqdır.
Təhsil siteminə xeyli yeniliklər gəldi, cəmiyyətdə müəllim stsutusu və nüfuzunun qalxması üçün böyük işlər görüldü.
Müəllimlərin biliklərin diaqnostik qiymətləndirilməsi imtahanlarının keçirilməsi təhsilin inkişafına ciddi təkan verdi.
Bacarıqlı müəllimlərin məktəb direktoru və tədris hissə müdirləri vəzigfələrinə təyinat üçün yeni sitemin tətbiqi də razılıqla qarşılandı və özünü doğrutdu.
Mikayıl Cabbarovun dövründə təhsil nazirliik cəmiyyət üçün açıq təşkilata çevrildi və təhsillə bağlı heç bir məsələ reaksiyasız qalmadı.
Mikayıl müəllimin özü də səmimi, demokratik düşüncəli, dövlətcil bir idarəçi kmi özünü tanındı.
İnanırıq ki, Mikayıl Cabbarov yeni vəzifədə də özünü yenilikçi və dövlət maraqlarının qoruyan bir rəhbər kimi çalışacaq və hörmətli Prezidentin etmiadını doğruldacaqdır.
Bu işdə ona uğurlar arzu edirik.
Aydın MİRZƏZADƏ,
MM-in komitə sədrinin müavini
Etikxeber.az





