Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobili idarəetməni itirərək yol kənarına çıxıb və yol kənarında Ramazan bayramını qeyd etmək üçün qoyulmuş stol ətrafında insanların üstünə sürülüb. Nəticədə 13 nəfər (o cümlədən 10 uşaq) müxtəlif dərəcəli xəsarət alıblar. Şəhər xəstəxanası, bütün şəhər strukturları hadisə ilə bağlı fəaliyyət başındadırlar.
Etikxeber.az-ın xəbərinə görə, bu haqda Mingəçeviri təmsil edən millət vəkili Aydın Mirzəzadə deyib.
Qeyd edib ki, şəhər xəstənasında bütün imkanlar xəsarət alanların müayinə və müvafiq müalicəsi üçün səfərbər olunub, bütün tibb personal təcili surətdə işə çağrılıb. .
Qeyd edək ki, Mingəçevir sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibəti ilə fərdi evinin həyətində qonşulara və uşaqlara şirniyyat paylayıb.
Bu zaman həyat yoldaşının avtomobil idarə etməyi öyrətdiyi Zülfiyə adlı xanım “Opel” markalı maşının idarəetməsini itirib və avtomobil evin darvazası qarşısına toplaşan kütləyə çırpılıb və nəticə məlum hadisə yaşanıb.
Etikxeber.az