Aydın Mirzəzadə Mübariz İbrahimovu təhqir edən psixoloqdan yazdı…

Bu günlərdə sosial şəbəkələrdə Nərmin Şahmarzadə adlı bir azərbaycanlı qızın igid qəhrəmanımız Mübariz İbrahimov haqqında təhqiramiz fikirlərinə rast gəldim. Onun yazısını ürək ağrısı ilə oxudum və bu status ətrafında gedən müzakirələri diqqətlə izləyirəm. Təəssüf ki, Nərmin “nümunəsi” birinci dəfə deyil.  Bu yerdəcə yazıçı Əkrəm Əylislinin xalqımıza ləkə atan kitabını, Avropa ölkələrinə köçmək üçün Ermənistandan siyasi sığınacaq istəyən bir azərbaycanlı ailəsini, bu yaxınlarda məktəbdə uşaqlara erməni rəqsini öyrədən müəllimi yada salaq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz Facebook statusunda yazıb.

O, yazıb ki, həmin insanlar azdır, barmaqla sayılacaq qədərdir, ancaq onlar var:

mubariz-2

“Sanki onlar bu cəmiyyətdə yaşamırlar, sanki Qarabağ ağrısını hiss etmirlər, torpağı işğal edilən ölkənin vətəndaşları deyillər.

Onlar Mübariz İbrahimovun ərazimizi işğal etmiş düşmən əsgərlərini öldürdüyünü başa düşmürlər.

 Daha doğrusu, şüurlu surətdə başa düşməkdən imtina edirlər. Və fikirlərini əsaslandırmaq üçün söylədikləri də erməni millətçi ideoloqlarını söylədikləri ilə üst-üstə düşür. Sanki  nərminlər hardasa bu məsələlərlə bağılı bir kurs keçiblər.

Diqqət edirsinizsə, milli düşüncəmizə qarşı hücuma keçənlərin hamısının hardasa bir erməni dostu ortaya çıxır və bildirirlər ki, onlar üçün əsas insanlıqdır”.

aydinnn

Deputatın yazdığına görə, Ermənistanda son zamanlar işğal edilmiş, torpaqlarımızı geri qaytarmaq səsləri eşidilir.

“Ancaq Nərmindən fərqli olaraq Ermənistanda hələ heç kəs öz əsgərinə “azərbaycanlıya güllə atma, onun bacısı, anası var”- deyən yoxdur.

“Döyüşmə, silahı at və pasifist ol” şüarları da səslənmir.

Ötən il Fizuli rayonunda yaşayrımlıq Zəhra Quliyeva Ermənistan tərəfindən atəşlə öldürüləndə nə Nərmin Şahmarzadənin, nə də onun erməni dostlarının səsi çıxdı.

Bu məsələdə diqqətimi çəkən isə Nərminin provokasiyalı və düşmənə dəstək olan çağırışına cəmiyyətin kütləvi və kəskin reaksiyası oldu. Bu xalqın səsi idi, milli mənliyin müdafiəsinə hər bir kəsin qalxması idi. Mənliyini və dəyərlərini qoruyan xalq düşmən cəhdlərinə ilk növbədə özü cavab verəcək”-deyə, millət vəkili sonra yazıb.

 

Etikxeber.az 

 

 

Read Previous

Yol polisindən sürücülərə – XƏBƏRDARLIQ

Read Next

“Sosial medialara müəyyən nəzarət var ki…” – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir