Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkədə minimum əmək haqqı sentyabr ayının birindən 250 manat oldu.
Yada salım ki, ilin əvvəlindən bu məbləğ 130 manat idi, martın birində 180 manata qaldırıldı.
Beləliklə, ilin əvvəlindən Azərbaycanda minimum əməkhaqqı iki dəfə artırılmış oldu.
Bundan başqa, cənab Prezidentin imzaladığı 18 iyun sərəncamları ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların işçilərinin, hərbi qulluqçuların, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları və bir sıra digər təşkilatların işçilərinin əməkhaqları 40 faiz artırıldı.
Əməkhaqqlarının aratırılması ilə bağlı sərəncamlar imzalanmaqda davam edir.
Bu faktiki olaraq, milyonlarla vətəndaşlarımızın gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.
Maaş artımı Azərbaycan üzrə orta aylıq əməkhaqqının da müvafiq olaraq xeyli artmasına gətirib çıxaracaq.
Cənab Prezident dəfələrlə öz çıxışlarında əməkhaqqlarının artacağını elan etmişdi və onun apardığı siyasət növbəti dəfə sadə vətəndaşın rifahında öz nəticəsini konkret olaraq göstərməkdədir.
Aydın MİRZƏZADƏ,
Millət vəkili
Etikxeber.az