Aydın Mirzəzadə – YEVDA ABRAMOVDAN YAZDI

Milli Məclisin Quba rayonundan seçilmiş deputatı Yevda Abramov dünyasını dəyişdi.

Allah rəhmət eləsin, çox yaxşı insan idi.

Xarizmatik xarakteri var idi, böyük həyat təcrübəsinə malik idi, insanlarla asanlıqla dil tapırdı.

Azərbaycanı çox sevirdi, ölkəmizin xarici ölkələrdə, ilk növbədə yəhudi diaspor dairələrində tanıdılması üçün böyük iş görürdü.

Parlament iclaslarının birindən də qalmazdı, çox diqqətlə bütün çıxışlra qulaq asardı.

Özünün də çıxışları həyati idi, çıxışlarında mütləq təkliflərini də verirdi.

Dəyərli bir yoldaş kimi əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq!

Aydın MİRZƏZADƏ,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Ana Vətən”çilər də seçkilərə – “HƏ” DEDİLƏR

Read Next

“Əgər seçicilərim məsləhət görsə…” – BİTƏRƏF DEPUTAT 4-CÜ DƏFƏ ŞANSINI SINAYACAQMI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir