Aydın Mirzəzadənin “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri” adlı kitabı işıq üzü gördü – FOTO

“Heydər Əliyev siyasi irsinin politoloji aspektləri” adlı kitabım nəşrdən çıxdı.

Kitabda Azərbaycanın və dünyanın görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin həyat və fəaliyyəti, nəzəri baxışları bir elmi sistem kimi götürülür, onun formalaşmasının tarixi səbəbləri araşdırılır, fəaliyyətinin siyasi elmin inkişafına verdiyi töhvə əsaslandırılır.

Onun siyasi baxışlarının predmeti, kateqoriyaları, nəzəri mənbələri əsaslandırılır, elmi qanunauyğunluqları göstərilir. Çalışdığı bütün sahələrin fəaliyyətinin metodologiyası müəyyənləşdirilir, ümumiləşdirilmiş prinsiplər gələcək nəsillərin öz dövrünün problemlərini həll etməyə, Azərbaycanın dövlət müstəqilliyini daima qorumağa, dayanıqlı və inkişaf edən cəmiyyət qurmağa dəstək olacağına diqqət yönəldilir”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə qeyd edib.

O, qeyd edib ki, “Heydər Əliyevin siyasi irsinin aspektləri” xüsusi kursunun predmeti dünya və Azərbaycan tarixinin görkəmli dövlət xadimi H. Əliyevin siyasi fəaliyyətinin uğurunun mahiyyət və səbəblərinin araşdırılması göstərilir.
Onun qeyd etdiyinə görə, dahi siyasətçinin fəaliyyətinin məntiqi nəticəsinin klassik elmin tələblərinə cavab verməsi araşdırılır, onun müstəqil elmi metod kimi istifadə edilməsi göstərilir.

“Kitabda həmçinin, Heydər Əliyev siyasi irsi siyasi və iqtisadi islahatların həyata keçirilməsi, totalitarirzmdən xilas olan cəmiyyətlərdə hüquqi demokratik dövlət quruculuğu, səmərəli milli iqtisadiyyatın qurulması, beynəlxalq aləmdə ölkənin layiqli yerinin tutulması və s. bu yönümlü məsələlərin həllində metodologiya kimi göstərilir.

Kitabda Heydər Əliyev siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi müstəqil dövlətçiliyimizin möhkəm zəmanəti kimi qiymətləndirilmişdir.

Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçiləri professorlar Əlikram Abdullayev, Musa Quliyev, Elman Nəsirov, dosent Sakit Əliyevdilər.

Kitab Heydər Əliyev siyasi irsinin öyrənilməsinə maraq göstərən geniş oxucu dairəsi üçün əlavə mənbə və ali məktəblərin politoloji ixtisaslarının bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün dərslik kimi nəzərdə tutulmuşdur.

Səkkiz fəsil, otuz paraqraf və 240 səhifədən ibarət olan kitab 500 tirajla “Azərbaycan” nəşriyyatında nəşr edilib”-deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Qan testi vasitəsilə bədxassəli şişləri erkən tapmaq mümkün olacaq?!

Read Next

Rektor “İlin tələbəsi”nin qalibləri ilə görüşdü – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir