Aydın Mirzəzadə Milli Qəhrəmanın müdafiəsinə qalxdı:”Özünə zəng etdim və…”

“Bu gün mətbuatda Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun özünü təqdim etsə də, Bakı Slavyan Universitetinin binasına buraxılmaması və onun gəldiyinin rektora məruzə edilməməsi haqqında xəbər oxudum. Xəbər mənə pis təsir etdi. Bugünkü stabil həyatımızın olmasında müharibə veteranlarının rolu böyükdür və hər kəsin bu insanlara qarşı diqqətli olması həddən artıq vacibdir. Bu məsələdə Azərbaycan dövləti və Prezident cənab İlham Əliyevin münasibətləri hər kəsə yaxşı nümunədir”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə “Facebook” statusunda qeyd edib.

O, qeyd edib ki, adıçəkilən universitetin rektoru Nurlana Əliyevanın məsələdən hali olan kimi, ona dərhal rekasiya verməsi və Milli Qəhrəmana zəhg etməsi anlaşılmazlığın aradan qaldırılmasına kömək edir.

“Bayaq Milli Qəhrəmanımızın mobil telefon nömrəsini taparaq ona zəng etdim. Ona qarşı edilən hərəkətdən hiddətləndiyimi və müharibə veteranlarına diqqətin hər kəs tərəfindən göstərilməsinin vacibliyini dedim.

Onunla fəxr etdiyimizi, onun qəhrəmanlığının artıq tarixə çevrildiyini bildirdim. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində iştiraklarının vacib və arzuolunan olduğunu bildirdim. Onun universitetə gəlmək məramının çox xoş olduğunu və alqışlandığını qeyd etim. Sonda bildirim ki, bundan sonra onun Bakı Slavyan Universitinin və Azərbaycanın istənilən ali məktəbinin gözlənilən qonağı olacağına inanıram”-deyə, millət vəkili daha sonra yazıb.

memmedhesenov_702 (1)

Etikxeber.az

Read Previous

Mərkəzi Bankda yeni formatda hərrac keçirilib

Read Next

FHN əhaliyə müraciət etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir