Aydın Mirzəzadə-YAP-IN NAMİZƏDLƏRİNDƏN SÖZ AÇDI…

9 fevral 2020-ci il – Milli Məclisə növbədənkənar seçkilər Azərbaycan siyasətinin əsas mövzusu olaraq qalır.

Bu dönəmdə ölkəmiz iki ilk yaşayır : ilk dəfədir ki, parlamentə vaxtından əvvəl seçki keçirilir və ilk dəfədir ki, iki seçki üst-üstə düşür.

Cəmi bir neçə gündən sonra seçicilər bələdiyyələrin yeni tərkibini seçəcəklər.

Ancaq bütün diqqət parlament seçkilərinədir. Yeni tərkibin necə olacağı hamı üçün maraqlıdır, hətta, indidən proqnozlar da verilir, müxtəlif variantlar səslənir.

Bununla belə, nəticəni seçkinin özü göstərəcək.

Artıq çox sayda siyasi partiya seçkidə iştirak edəcəklərini bildiriblər, müstəqil nazmizədlər də az deyil.

Onlar öz təşəbbüsü ilə namizdəliyini irəli sürənlərdir.

Onlar heç nə itirmirlər. Ən azı seçki təcrübəsi əldə edəcəklər, öz güclərini biləcəklər, müəyyən qədər dairələrdə tanınnacaqlar.

Ancaq bütün diqqət Yeni Azərbaycan Partiyasının (YAP) seçki siyahısındadır.

Hətta, həmin siyahının necə olacağı ilə bağlı fikir bildirənlər də az deyil.

Bütün bunlar YAP-ın ölkənin böyük siyasi nüfuza malik olduğunu, siyahı açıqlanan kimi seçkinin favoriti olacağının göstəricisidir.

Rəhbəri ölkə Prezidenti olan bu siyasi təşkilat əhalinin etimadını qazanaraq ümumxalq partiyasına çevilə bilib.

YAP seçkiyə daim hazırlaşır, daim yeniləşir, daim yeni siyasi texnologiyalar tətbiq edir.

9 fevral seçkilərinin nəticələrinin xalqımız üçün uğurlu olması hamımızdan asılıdır.

Hamımızın tarix yazılmasında öz yerimiz var. 

Aydın MİRZƏZADƏ, 

Millət vəkili, YAP-ın şöbə müdiri

Etikxeber.az

Read Previous

Gültəkin Hacıbəyli Nizaməddin Quliyevin-CİNAYƏTLƏRİNDƏN DANIŞDI…

Read Next

“Bir neçə icra başçısı kasıblar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdi…” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir