Aydın Mirzəzadə Yazıçılar Birliyi ilə bağlı parlamentdə məsələ qaldıracaq

“Azərbaycan Yazıçılar Birliyinin (AYB)  binasının birinci mərtəbəsində fəaliyyət göstərmiş kafe məsələsi artıq bir neçə gündür ki, ictimaiyyətin diqqətindədir. Müxtəlif fikirlər səsləndirilir, görünən isə odur ki, uduzan ümumən cəmiyyətimizdir…”.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

Onun sözlərinə görə, problemin həlli isə çox sadədir : AYB-nin illik büdcəsinə dövlət tərəfindən ildə əlavə olaraq 100-200 min manat artıq vəsait ayrılsın. Bunu etmək dövlətimizin gücündədir. O, qeyd edib ki, bu təklifi Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyasında büdcə müzakirəsi da zamanı qaldırmaq fikrindədir.

“Qoy Yazıçılar Birliyi öz üzvlərinin ortaya çıxan bir sıra problemlərinin həllində sıxıntı keçirməsin, tribunalardan sözümüzü daha inamla desin. Tarix sübut edir ki, ədəbiyyata sərf edilən vəsait sonradan artıqlaması ilə xalqın mənəviyyatının zənginləşməsi ilə geri qayıdır. Kafe yerləşmiş birinci mərtəbədəki sahəni isə hansısa bir təşkilat, məsələn, SOCAR müasir səviyyədə təmir edib, onun uşaq ədəbiyyatı mərkəzinə çevilrməsinə kömək edə bilər. Dəyərli yazıçılarımız isə onlara xas olmayan işdən azad olub, bizləri özlərinin yeni əsərləri ilə sevindirə bilərlər“- deyə, A. Mirzəzadə daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinə start verildi – NƏTİCƏLƏR – FOTO – YENİLƏNİB

Read Next

“Günümüzdə, reallığımızda bu kimi utancverici hallar da yaşanır…” – JALƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir