Aydın Tağıyevin UNEC-də “Könüllülük Vətəndən Başlayır”-TƏLİMİ – FOTOLAR

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Könüllülük Vətəndən Başlayır” adlı təlim keçirilib. 

Etikxeber.az-ın xəbərinə görə, tədbir UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən “UNEC Tarix Klubu və İqtisadçı Vətənpərvərlər Təşkilatı”nın birgə təşkilatçılığı ilə baş tutub. 

Tədbiri UNEC-in THİK Tarix Klubunun direktoru Ziyad Ağayev giriş nitqi ilə açıb.

O, iştirakçıları salamlayıb və tədbirin qonağı, yazıçı-publisist Aydın Tağıyevi tələbələrə təqdim edib. 

Aydın Tağıyev öz növbəsində Vətən, könüllülüklə bağlı düşncələri, eləcə də təcrübəsini gənclərlə paylaşıb.

Eyni zamanda, o, mərhum Heydər Əliyevin gənclər siyasəti, bu kursun uğurlu davamçısı Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısından söz açıb.

A.Tağıyev həyata keçirilən gənclər siyasətinin nəzərəçarpan müsbət nəticələri, gənclərin könüllülük proqramlarında topladıqları təcrübədən, eləcə də könüllülük həftəsi nəzdində keçirilən təlimlərin əsas məqsədinin gənc nəsildə vətənpərvərliyin düzgün aşılanmasının vacibliyindən danışıb.

Təlim tələbələrlə sual-cavab, müzakirə əsnasında davam edib. 

Daha sonra müəllifi A.Tağıyevə məxsus “İlk Zəfər Marşı” səslənib.  

Tədbirin yekununda xatirə fotoları çəkdirilib.

Daha sonra qonaqlar Unversitetin tarix muzeyni və şəhidlər memorialını ziyarət ediblər.

Etikxeber.az

Read Previous

Feridun Sinirlioğlu-ATƏT-İN YENİ BAŞ KATİBİ OLDU

Read Next

14 il hərbçisi, Aprel döyüşlərinin iştirakçısı, Antiterror Şəhidi Həmid Həmidlinin əmisi, dörd övlad atası-6 DEKABR 2024-CÜ İL TARİXİNDƏ CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜ, 47 YAŞI TAMAM OLAN BEYLƏQANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏLİZAMİN İSGƏNDƏROVUN HƏYAT HEKAYƏTİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir