“Ayıbdır, cənablar, ayıbdır, saxtakarlığa son qoyun” – AYDIN MİRZƏZADƏDƏN ETİRAZ – FOTOLAR

Müxalifətin YAP-a növbəti böhtanı ifşa olunub. Belə ki, bu gün sosial şəbəkədə mənimlə bağlı birləşdirilmiş iki şəkil yayılıb. Müxalifət mənimlə görüşən insanı guya seçki qutusu başında yaxalayıb. Birincisi, bunlar fərqli insanlardır. Kim istəsə böyüdüb baxa bilər. İkincisi, seçki qutusu başında şəkli çəkilən insanın mənə nə aidiyyatı olduğunu müxalifət izah edə bilmir.

Etikxeber.az xəbər verir ki, bunu Mingəçevirdən 5-ci dəfə seçkilərin qalibi Aydın Mirzəzadə deyib.

“Üçüncüsü, bütün seçki təbliğatı boyu bütün görüşlərimin fotoxronikasını ardıcıllıqla səhifəmdə yerləşdirmişəm. Səhifəmin müxalifət tərəfindən böyüdücü vasitəsi ilə izlənildiyini də bilirdim. Hər hansı qüsur tapılsaydı, çoxdan haray salımışıdılar. Ayıbdır, cənablar, ayıbdır. Saxtakarlığa son qoyun. istənilən yalanın mütləq üstü açılır. Bu şəkil məsələsi kimi”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Gülər Əhmədova və Nizami Bəhmanovun oğlu-HƏBS OLUNDU – YENİLƏNİB – (1)

Read Next

DİN-dən xarici ölkə vətəndaşlarına-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir