Aysel Məmmədova “Eurovision-2018” mahnı müsabiqəsinin birinci yarımfinalında çıxış etdi – FOTO

Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision-2018” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

Etikxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi Aysel Məmmədova müsabiqədə “X my heart” mahnısını ifa edib.

“X my heart” mahnısını yunan bəstəkar və prodüser Dimitros Kontopulos və isveçli Sandra Byorman yazıblar.

ayselll

Bu il müsabiqəyə 43 ölkə qatılıb. “Eurovision-2018″in ikinci yarımfinalı mayın 10-da, final mərhələsi isə mayın 12-də baş tutacaq.

Birinci yarımfinalda ölkəmizin rəqibləri Albaniya, Belarus, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, İslandiya, İsrail və Litva nümayəndələridir.

Finala hər yarımfinaldan 10 ölkə adlayacaq. Böyük beşlik ölkələri (Fransa, Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) və müsabiqənin ev sahibi olan Portuqaliya ilə birlikdə finalda qalib adı uğrunda 26 iştirakçı yarışacaq.

Qeyd edək ki, “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub. O, “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq müsabiqənin qalibi adını qazanıb.

Etikxeber.az

Read Previous

“Bu məsələdə beynəlxalq təşkilatların dəstəyi olduqca vacibdir” – MİLLƏT VƏKİLİ

Read Next

Prezident 9 May – Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak etdi – FOTO- YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir